Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2014

Rusiyada azərbaycanlı "qanuni oğru" qətlə yetirildi

Rusiyada daha bir "qanuni oğru" öldürülüb. Rusiya mətbuatının verdiyi xəbərə görə, qətl hadisəsi paytaxt Moskvanın şimalında qeydə alınıb. Ərazidə patrul xidməti göstərən polislər Petrovsk-Razumovsk keçidinin yanında qaraja çırpılaraq dayanan və qapıları açıq olan xarici avtomobil görüblər. Avtomobilə yaxınlaşan polislər onun içərisində qətlə yetirilmiş "qanuni oğru" Çıldırlı İlqar Zahir oğlunun meyitini aşkar ediblər.

Hadisə şahidlərinin bildirdiyinə görə, keçidin yanında bir avtomobil digərini sıxışdırıb. Nəticədə İlqar Çıldırlı idarəetməni itirərək qaraja çırpılıb. Qatillər iki nəfər olub və onlar avtomobildə olan "qanuni oğru"ya dayanmadan atəş açıblar.

Gürcüstan vətəndaşı İlqar Çıldırlı kriminal dairələrdə xüsusi çəkiyə malik insan olub. İlkin ehtimala görə, qətlə səbəb yaxınlarda ona "qanuni oğru" adının verilməsi olub./apa/
1513 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber