Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2014

«Məmurlar din məsələsində ehtiyatlı olmalıdırlar»

«Məmurlar din məsələsində ehtiyatlı olmalıdırlar» - İlqar İbrahimoğlu

DEVAMM rəhbəri spiker Oqtay Əsədovun Quranın Azərbaycan dilində oxunması barədə təklifini şərh edib
Hacı İlqar İbrahimoğlu: «Quranın nazil olduğu dildə oxunması onun möcüzəvi xüsusiyyətlərindən biridir»
Parlamentin son plenar iclasında spiker Oqtay Əsədov Qurani-Kərimin Azərbaycan dilində oxunması barədə tövsiyyəsi günün müzakirə mövzusuna çevrildi. MM sədrinin bu barədə təklifi dini kəsimdə necə qarşılanır?
Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu Bizimyol.info-ya bildirdi ki, Oqtay Əsədovun bu fikri hansı şəraitdə deməsini aydınlaşdırmaq üçün xəbəri bir neçə qaynaqdan oxuyub: «Öncə onu deyim ki, bu mövzunun sistemli və xüsusi hazırlıqlı ev tapşırığı olduğunu düşünmürəm. Adətən din haqqında danışılanda Azərbaycan insanları eyni zamanda bütün mətləblərdən, dinlə bağlı bütün problemlərdən danışırlar. Bu, bizim cəmiyyət üçün xarakterik yanaşmadır. Bunun əsas səbəbi odur ki, cəmiyyət üzvlərinin dinlə bağlı akademik və fundamental tanışlığı yoxdur. Görünən odur ki, parlamentdə dinlə bağlı situasiya müzakirə edilən zaman spontan olaraq spikerin yas yerlərində Quran oxunması məsələsi yadına düşüb. Ola bilər ki, bununla bağlı öncədən hansısa müzakirələr də olub. Oqtay Əsədovun çıxışına diqqət etsək görərik ki, o, problemləri bir neçə mərhələyə bölüb. Öncə deyib ki, yaxşı olardı Quran orijinalda oxunandan sonra tərcüməsi də ola, daha sonra fikrini inkişaf etdirərək söyləyib ki, bəzi yerlərdə bunun elə tərcüməsini oxuyurlar. Ona görə də mən bu fikrin xüsusi hazırlıqla ortaya çıxmasını ehtimal etmirəm. Bu daha çox spontan təhlilin nəticəsində baş verən olaydır. Ancaq onu xatırlatmalıyam ki, bu cür məsələlərdə hamı diqqətli olmalıdır». Hacı İlqar Azərbaycanda dini gərginliyin olduğunu da dedi.
«Azərbaycanda bir neçə ildir dini durumda bir gərginlik var. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin bundan öncəki rəhbərinin zamanında lüzumsuz eksperimentlər çox oldu. Düşünürəm ki, məmurlar din məsələsində maksimum ehtiyatlı davranmalıdırlar. Dinlə bağlı hər hansı təkliflər səsləndirəndə, təşəbbüslərdə bulunanda emosional davranmamalı, yüz ölçüb bir biçəndən sonra danışmalıdırlar. Onsuz da inanclı insanlar bu məsələlərə çox həssas yanaşırlar. Bəzən ehtiyatsız, spontan söylənmiş fikir insanlarda narahatlıq yaradır. Mövzunun sırf ilahiyyat elmi tərəfinə gəldikdə isə, Allahın kitabı mənasının tam orijinallığını qorunması üçün nazil olduğu dildə oxunmalıdır. Ancaq ilahiyyatçılar orijinalda səslənən ilahi kəlamları ana dilində də tərcümə olaraq səsləndirərsə, bu, çox məqsədəuyğun olar. Quranın nazil olduğu dildə oxunması onun möcüzəvi xüsusiyyətlərindən biridir. Onun ahəngində bir ecazkarlıq var və heç bir tərcümə ilə bunu çatdırmaq mümkün deyil. Onu da vurğulayım ki dünyanın hər yerində bu belədir. Ona görə də bu sahədə hansısa improvizələrə, eksperimentlərə ehtiyac yoxdur. Ümid edirəm ki, yaxın günlərdə spikerin dediklərində bir dəqiqləşdirmə də olacaq”, - deyəİ.İbrahimoğlu vuğuladı.
1563 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı