Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2014

"Hicab bağlamağımı reklam kimi qəbul etdilər"

“Çox təəssüf edirəm ki, bəzi insanlar hicab bağlamağımı reklam kimi qəbul etdilər”.

Bunu Lent.az-a müğənni Xuraman Şuşalı şəxsi həyatından söz açarkən deyib:

“Ailə qurmadan öncə yoldaşım istəyirdi ki, mən hicab bağlayam. Bunu mən də istəyirdim, ancaq istəyim yubanırdı. Nəhayət, hicab bağlamaq istəyimi həyat yoldaşıma dediyim zaman o çox sevindi və mənə dəstək oldu. Düşünməyin ki, mən onun istəyini nəzərə alıb, başımı bağlamışam. Ailə qurduğum bəy özü də dindardır. Dində təzyiq yoxdur, özüm istəyib, hicab bağladım. Buna görə də çox sevincliyəm. Gərək hicabı bir neçə il öncə bağlayardım. Hər gün etdiyim duada tanrımdan günahlarımızın bağışlanmasını diləyirəm”.
1624 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP