Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2014

“İntihar bütün hallarda yolverilməzdir”

Hacı İlqar İbrahimoğlu: “İntihar bütün hallarda yolverilməzdir”
“Heç bir bəhanə intihar üçün əsas ola bilməz”


Artıq son bir neçə aydır ki, ölkədə intiharların sayı sürətlə artmaqdadır. Intihar edən insanların əksəriyyəti qarşılaşdıqları ağır sosial problemlər, maddi sıxıntı və çarəsizlikdən bu addımı atır ki, onların bəzisi ölümqabağı açıqlamalarında öz qərarlarına bəraət qazandırır, bunu vəziyyətin çıxılmazlığı ilə əlaqələndirir. Maraqlıdır, hər hansı bir problem intihar üçün əsas ola bilərmi? Ümumiyyətlə, elə bir istisna varmı ki, intihar bu nöqtədə bağışlansın və günah hesab edilməsin?
Bununla bağlı Moderator.az-ın sualını cavablandıran Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlu intiharın bütün hallarda yolverilməz olduğunu vurğuladı:
“İntihar bütün hallarda yolverilməzdir. Islamda intihar böyük günah sayılır. Özünü qəsdən öldürən insanın cəzası yalnız İslam dinində deyil, bütün ilahi dinlərdə ən ağır cəzadır. Çünki intihar etməklə insan hər mənada özünü Allahın rəhmətindən məhrum etmiş olur. Bu, mahiyyət etibarilə insanın ona verilən əmanətə xəyanət etməsidir. Hər hansı bir bəhanə intihar üçün əsas ola bilməz. Islam inancında olan hər kəs bunun fərqində olmalıdır”.
1459 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:22