Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2014

Vəkil Abgül Süleymanovla görüşə bilmir

Vəkil Cavad Cavadov ruhani Abgül Süleymanovla görüşə bilmir.

“Media forum” saytına açıqlama verən vəkil bildirib ki, ruhani 8 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldüyü üçün görüşə icazə verilməyib: “Ümumiyyətlə, qanunda icazə məsələsi yoxdur. Əgər vəkillik qurumunun sənədini və öz sənədimi təqdim edirəmsə, görüş üçün icazə verilməlidir. Amma bununla yanaşı biz Penitensiar Xidmətdən icazə məktubu almışıq. 8 saylı müəssisədə isə deyirlər ki, görüş üçün ayrıca məktub alınmalıdır. Əcaib bir məsələdir. İcazə məktubu bir dəfə olur. Mən cəzaçəkmə müəssisəsinə daxil olmaq üçün deyil, məhkumla görüş üçün icazə almışam. Güman ki, Abgül Süleymanovla görüşdə bu maneələri müzakirə edib cəzaçəkmə müəssisəsinin hərəkətlərindən şikayət verəcəyik.

Abgül Süleymanovun ciddi rejimli müəssisəyə köçürülməsinin özü də qanunsuzdur. Qaradağ Rayon Məhkəməsi ruhaninin qapalı müəssisəyə keçirilməsi haqqında qərar vermişdi. 8 saylı Cəzaçəkmə Müəssisəsində də rejim qapalı həbsxana rejiminə bərabərdir. Özü ilə görüşdən sonra növbəti addımımızı müəyyən edəcəyik”.

Vəkil bildirib ki, Abgül Süleymanovun 8 saylı Cəzaçəkmə Müəssisəsində 6 ay müddətinə saxlanması gözlənir.

Abgül Süleymanov 2011-ci ilin avqust ayında həbs olunub, 11 il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin aprel ayında Qaradağ Rayon Məhkəməsi onun 6 ay müddətinə 13 saylı Cəzaçəkmə Müəssisəsindən Qobustan həbsxanasına köçürülməsi haqqında qərar çıxarıb. Qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verilib. Ruhani 8 saylı Cəzaçəkmə Müəssisəsinə 2014-cü ilin yanvar ayında köçürülüb.
1477 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı