Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2014

BDU-dan Gülər Əhmədova ilə bağlı yeni açıqlama

Həbsdə olan sabiq deputat Gülər Əhmədova Bakı Dövlət Universitetinin müəllimi olaraq qalır. Bu barədə AzVision.az saytına Bakı Dövlət Universitetin (BDU) mətbuat xidmətindən bildirlib. Qeyd edilib ki, G.Əhmədovanın məhkəmə işi tam yekunlaşmadığından onun BDU-dan xaric edilməsi ilə bağlı qərar qəbul edilməyib.

“Gülər Əhmədovanın adı hələ də Bakı Dövlət Universitetinin müəllimlər siyahısındadır. Məhkəmə işi tam yekunlaşmadığından onun adının BDU-nun siyahısından çıxarılması haqqında hələ ki qərar yoxdur”-deyə BDU-dan qeyd edilib.

Xatırladaq ki, eks-deputat həbs edilənədək BDU-nun Psixologiya kafedrasında müəllim işləyib. G.Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gülər Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. O, külli miqdarda ziyan vurmaqla dələduzluqda və ağır cinayəti gizlətmədə təqsirli bilinib.

Eks-deputat hökmdən Apellyasiya Məhkəməsinə şikayət etsə də bu, təmin edilməyib. Şikayəti qəbul olunmayan sabiq millət vəkili Ali Məhkəməyə kassasiya şikayəti verib.
1588 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı