Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2014

Nüvə danışıqları, qoyulan sanksiyaların tam ləğvi ilə yekunlaşmalıdır”

İran XİN rəhbəri: "Nüvə danışıqları, qoyulan sanksiyaların tam ləğvi ilə yekunlaşmalıdır”

İran və Altılıq qrupunun nüvə danışıqlarının nəticəsi İrana qarşı qoyulan bütün sanksiyaların ləğv edilməsi ilə nəticələnməlidir. Deyerler.org-un İRİB-ə istinadən verdiyi xəbərə görə, bu fikri İran İslam Respublikasının xarici siyasət idarəsinin rəhbəri Muhəmməd Cavad Zərif səsləndirib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehranda isveçli həmkarı Karl Bildt ilə keçirdiyi mətbuat konfransında deyib: “Tehrana qarşı qoyulmuş ədalətsiz və qeyri-bərabər sanksiyalar nüvə məsələsinin həllinə kömək etməyəcək və nəticəsizdir.

Tehrana qarşı qoyulan sanksiyaların səmərəsi, sentrifuqaların sayının 18 minə qədər çatmasına həmçinin, böyük İran xalqının, Qərbin bu ölkə ilə bağlı siyasətlərinə bədbin olmasına, İranda dərman preparatları və ərzaq məhsullarının alınmasında müəyyən problemlərlə üzləşməsinə səbəb olub.

ABŞ, nüvə məsələsində İrana qarşı təzyiq deyil, məsələnin həlli barədə düşünməlidir. Çünki göstərilən təzyiqlər məsələnin həllinə heç bir kömək etməyəcək”./deyerler/
1377 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber