Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2014

ABŞ Snaudeni geri qaytarmaq üçün səylərini artırıb

ABŞ Rusiyadan Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı, sonradan isə ABŞ-ın izləmə fəaliyyətini dünyaya ifşa etmiş Edvard Snaudeni geri qaytarmaq üçün səylərini artırıb. Rusiyada səlahiyyət müddəti başa çatmaqda olan ABŞ səfiri Maykl Makfol belə bir bəyanatla çıxış edib.

Deyerler.org-un İnterfaks-a istinadən verdiyi xəbərə görə, Makfol hazırda bu istiqamətdə işlərin aparıldığını bildirib. “Bəli, biz yenə bu istiqamətdə səylərimizi davam etdiririk. Snaudenə qarşı ittiham irəli sürülüb və o geriyə qayıtmalı, etdiklərinə görə cavab verməlidir”, - deyə Makfol bildirib.

Səfir eyni zamanda bildirib ki, yeddi ay bundan öncədən Rusiya hökumətinə Snaudenin geri qaytarılması üçün sorğu göndəriblər.
1697 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.18, 15:57
Hicab...
15.01.18, 09:36
İranda matəm elan olundu
14.01.18, 09:39
Qaşlar nə üçündür?