Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2014

“Chrome” istifadəçilərinə xəbərdarlıq

“Chrome”-un sazlamalarına daxil olaraq bu icazəni ləğv etmək lazımdır

“Google” şirkətinə məxsus olan “Chrome” brauzerinin istifadəçilərinə hər hansı saytın pisniyyətli olmasından şübhələndikləri halda səsli əmrlərin istifadə olunmaması və mikrofondan istifadəyə icazə verməmələri tövsiyə edilir.

İnterAz ictnews-a istinadən xəbər verir ki, əgər əvvəllər mikrofona girişə icazə verilibsə, “Chrome”-un sazlamalarına daxil olaraq bu icazəni ləğv etmək lazımdır.

Mərkəzin tövsiyəsinə səbəb “Chrome” brauzerində ciddi bir təhlükəsizlik açığının aşkar olunmasıdır. Belə ki, “Chrome”un səs tanıma vasitəsi pisniyyətli şəxslər tərəfindən istifadəçilərin səsini dinləmək üçün istifadə oluna bilir. Problemin səbəbi veb brauzerin səs tanıma vasitəsindəki təhlükəsizlik açığıdır.

Hər hansı bir veb səhifə “Chrome”un mikrofonunu açmaq istədiyi zaman brauzerdə bir xəbərdarlıq meydana gəlir və istifadəçi qəbul edərsə, mikrofon açılır.

Bu mərhələdən sonra istifadəçi veb sayta səslə əmr edə bilir. Lakin bundan sonra başqa istifadəçi bir veb sayta daxil olduğu zaman, hətta brauzer pəncərəsini bağlasa da mikrofon bağlanmır və səs yazılmağa davam edir. Üstəlik bu barədə xəbərdarlıq da verilmir, yəni, icazə haqqında heç bir xəbərdarlıq göstərilmədən mikrofondan istifadəyə icazə verilir.

Buna görə də əgər veb sayt pis niyyətlə istifadə olunursa, mikrofona girişi istədiyi şəkildə əldə edir, telefon və kompüter vasitəsilə mühiti dinləyə bilir.

Mərkəzdən həmçinin bildirilib ki, “Google” hələ ki bu problemi həll etməyib. Hətta bunun açıq olduğunu da qəbul etmir.
1667 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP