Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2014

Mursinin oğlu ölkədən buraxılmadı

Misirin hərbi rəhbərliyi hərbi güc yolu ilə hakimiyyətdən uzaqlaşdırılmış və hazırda həbsdə olan Muhəmməd Mursinin oğlu Əhməd Mursiyə ölkə ərazisini tərk etməyə icazə verməyib.
Deyerler.org-un Vesti-yə istinadən verdiyi xəbərə görə, Qətərə getmək istəyən Əhməd Mursi geri qaytarılıb və xarici pasportu müsadirə olunub.

Daha sonra gömrük xidmətinin əməkdaşları avtomobil karvanı ilə Mursinin oğlunu hava limanının ərazisindən uzaqlaşdırıb. Mursinin qohumları da faktı təsdiqləyib.

Qeyd edək ki, Muhəmməd Mursinin oğlu həkimdir və uzun müddət Səudiyyədə işləyib. Atasının prezident seçilməsindən sonra o, ölkəyə qayıdıb.
1261 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.