Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2014

ABŞ-la Almaniya arasında növbəti casusluq qalmaqalı

Amerika xüsusi xidmət orqanları Almaniyanın keçmiş kansleri Gerhard Şröderi izləyirmiş.

Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Almaniyanın NDR televiziyası və "Süddeutsche Zeitung" qəzetinin birgə araşdırması nəticəsində məlum olub ki, Amerika Milli Təhlükəsizlik Agentliyi hələ 2002-ci ildən kanslerə gələn zənglər və sms-lər barədə məlumat toplayırmış. KİV-lər casusluq faktının doğruluğunu Almaniyanın ABŞ-ın İraqa hücum qərarının əleyhinə çıxması ilə əlaqələndirərərək məntiqlə izləmənin həqiqətən də baş verdiyini qeyd edirlər.

Bildirilir ki, Şröderin izlənməsi faktının üstü Angela Merkelin dinlənməsi ilə bağlı yayılmış sənəddə yer alıb. "Guardian" qəzeti isə bildirir ki, Şröder mobil telefondan az istifadə edirmiş. Hətta onun özü 2005-ci ildə keçirdiyi mətbuat konfrasında ümumiyyətlə mobil telefondan istifadə etmədiyini lazım olanda isə köməkçisi vasitəsilə rabitə əlaqəsi yaratdığını deyib.

Keçmiş kansler Amerika xüsusi xidmət orqanlarının onu izləməsi xəbərindən təəcüblənmədiyini amma həmin vaxt bunu ağlından belə keçirmədiyini deyib.

Amerika kəşfiyyatının Angela Merkel və bir sıra dünya liderlərinin telefon danışıqlarını izləməsi faktı ötən ilin sonlarında yayılıb. ABŞ prezidenti Barak Obama bu ilin yanvarında Amerika Milli Təhlükəsizlik Agentliyinə dost ölkələrin liderlərinin izlənməsinə qadağa qoyub.

Amerikanın siyasətçiləri dinləməsi barədə faktları isə mətbuata Amerika Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden ötürüb. Snuoden ABŞ-dan qaçaraq Rusiyaya pənah aparıb.

Bu arada ABŞ konqresində də telefon dinləmələri ilə bağlı iclas keçirilib. Buna səbəb isə Amerika kəşviyyatının konqresmenlerin telefonlarına qulaq asması olub.

Amerika Milli Təhlükəsizlik Agentliyi konqresmenlərin telefon danışıqlarını dinləməsi faktını iclasda iştirak edən ABŞ baş prokurorunun müavini Ceyms Koul dolayısı ilə etiraf edib.

"Bəli ola bilər ki, biz onların telefon danışıqlarını dinlıməklə məlumat toplayırıq".

Amma Baş Prokurorun müavini prezident Barak Obamanın telefonları dinlənilirmi sualına cavab verməyib. Konqresmenlər telefon dinləmələrinin ABŞ konstitutsiyasına və qanunlarına zidd olduğunu bəyan edirlər.
1352 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16,