Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2014

Daha bir neftçi iş başında öldü

Dövlət Neft Şirkətinin “Nərimanovneft” NQÇİ-nin əməkdaşı iş başında ölüb. Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib. Hüquq müdafiəçisi dedi ki, neftçi su anbarında boğulub.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) də neftçinin boğularaq ölməsi ilə bağlı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən Nərimanov adına NQÇİ-də idarənin əməkdaşı, Bakı şəhər sakini Həbib Hüseynov su anbarına yıxılaraq boğulub.
M.Qəhrəmanlı isə qeyd etdi ki, neft sektorunda baş verən ölüm və xəsarət faktlarına görə heç kim cəzalandırılmır: “Ötən il 6 neftçi iş yerində dünyasını dəyişib. Lakin buna görə heç kim, heç bir rəhbər işçi cəzalandırılmayıb, işdən çıxarılmayıb, həbs olunmayıb. Məmurlar təhlükəsizlik qaydalarına riayət edilmədiyi halda ölüm faktlarını bədbəxt hadisə kimi qiymətləndirərək məsuliyyətdən yayınırlar”.
1382 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:24