Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2014

Suriyada vuruşan amerikalıların sayı açıqlandı

ABŞ xüsusi xidmət orqanlarının məlumatlarına görə, 50-dən artıq amerikalı Bəşər Əsədə qarşı vuruşan ekstrtemist qruplaşmalara qoşulub.

ABŞ mıətbuatı xəbər verir ki, onların bəziləri Suriyada döyüş təlimi alaraq geriyə dönüblər. Federal Təhqiqatlar Bürosundan verilən məlumata görə, "Əl Qaidə" ilə əlaqədə olan bu şəxslərin ABŞ-a döndükdən sonra terror aktı törədə bilməsi ehtimalı yüksəkdir.

Fevralın 4-də Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Brennan Nümayəndələr Palatasının kəşfiyyat işləri üzrə komitəsində çıxış edərkən Suriya və İraqda amerikalı və avropalıların olduğunu söyləmişdi. Amma onların sayı barədə heç bir açıqlama verməmişdi.

Öz növbəsində ABŞ Milli Kəşfiyyat İdarəsinin rəisi Ceyms Klepper hazırda Suriyada 50 ölkədən olan 7,5 min muzdlunun vuruşduğunu bildirib. Onun sözlərinə görə, Suriya müharibəsindən geri dönən şəxslərin izlənilməsi təhlükəsizlik orqanları üçün prioritet vəzifələrdən biridir.
1329 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber