Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2014

Neftçilərin orduya verdiyi milyonlar hanı?

“2009-cu ildən başlayaraq Dövlət Neft Şirkətinin idarə və müəssisələrində çalışan işçilərin əmək haqlarının 2 faizi tutularaq Silahlı Qüvvələrə Yardım Fonduna köçürülürdü. Neftçilərin şikayətlərinə baxmayaraq əməkhaqqından 2 faiz məcburi tutulurdu”.

Bunu virtualaz.org saytına açıqlamasında Neftşilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəıhrəmanlı deyib.

O bildirib ki, əməkhaqqından 2 faizinin fonda köçürülməsi həmkarlar təşkilatının razılığı əsasında edilirdi: “Bizim təşkilat dəfələrlə sorğu göndərib, məlumat verib. Amma həmin pulun hara və ya kimin cibinə getdiyini açıqlayan olmurdu. Bu vəsait ayda milyonlarla manat edirdi. Bu gün təşkilatımıza daxil olan məlumatda isə yanvar ayından işçilərin əməkhaqqından bu 2 faizin tutulmasının dayandırıldığı bildirilir”.

M.Qəhrəmanlı əməkhaqlarından daha 2 faiz tutularaq həmkarlar təşkilatına da yönəldildiyini dedi.

Qeyd edək ki, virtualaz.org saytı məsələ ilə bağlı ARDNŞ-in mətbuat xidməti ilə əlaqə saxlamışdı. Lakin mətbuat xidmətindən məcburi tutulmaların olmadığını deməklə xəbəri şərh etmək istəməmişdilər.
1493 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber