Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2014

Ərzaq məhsullarının qiyməti artmaqda davam edir

Yanvarda ərzaq 2,5% bahalaşıb. Yerli istehsalçılar qiymətləri artırıblar. Məsələn, “Azersun” şirkəti qiymətləri 5% qaldırıb.

Belə ki, 2 litrlik “Supersun” yağı 6-6,5 manat idi. İndi 6,5-7,2 manatdır. Bu firmaya məxsus duru bitki yağları, zeytun yağı, çay, düyü və yarmalar 40-60 qəpik bahalaşıb.

Halbuki bu holdinqin Azərbaycanda və Rusiyada xammal bazası və inkişaf etmiş infrastrukturu var, üstəlik rəhbərlik topdan qiymətləri ucuzlaşdırmağı vəd etmişdi. Nə baş verir?

Virtualaz.org bildirir ki, “Turan”-ın müxbiri bu və digər məsələlərə aydınlıq gətirmək istəsə də, 2 gün ərzində bu strukturla telefon əlaqəsi (tel.: 514 36 82) yarada bilməyib.

Kənd təsərrüfatı malları yanacaq bahalaşandan sonra kəskin bahalaşıb. Bütün mallarda 20-70% artım var. Kilosu 25-30 qəpiklik kələm 40, sonra isə 50-60 qəpiyə satılıb.

Topdansatış bazalarında bir çox mallar əsassız olaraq bahalaşıb (+10%). Ərzaq bazarında ucuzlaşma yoxdur. Su, şirə, kompot, spirtli içkilərin qiyməti dəyişməyib.

Ekspertlərə görə, ərzağın daim bahalaşması dövlət tənzimləməsinin olmaması ilə bağlıdır. İdarəedilən bazar tarif, pensiya, maaş artımına həssas reaksiya verir. Nəticədə inflyasiya həyat səviyyəsinə 7-10% artımı yeyir. İkinci amil isə inhisarçılıqdır. Ticarətçilərinin dediyinə görə, qiymət artımına malın keyfiyyəti ilə yanaşı rayon icra hakimiyyətindən tutmuş sanepidstansiyalara qədər məmurların rüşvətxorluğu da təsir edir.

İqtisadçılar hesab edirlər ki, ərzağın bahalaşması dalğası keçib, indi soyuq hava ilə bağlı kənd təsərrüfatı malları bahalaşacaq.
1323 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:19