Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2014

Bakıda mənzildə 2 meyit tapılıb

Bakıda yaşayış binasındakı mənzildə 2 nəfərin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 2 nəfər köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxslər mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olublar.

Mənzilə baxış keçirilərkən 1939-cu il təvəllüdlü Xudaverdiyeva Həqiqət Mustafa qızı və 1940-cı il təvəllüdlü Babayev Nizami Ələkbər oğlu hərəkətsiz vəziyyətdə aşkarlanıblar. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin müayinə nəticəsində H.Xudaverdiyevanın və N.Babayevin vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxslərin cəsədləri xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
1405 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı