Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2014

Əli Kərimli İlham Əliyevin “səxavətndən” yazdı

“İndi bildiniz “təvazökar prezident” necə sadə həyat tərzi yaşayır?”

AXCP sədri Əli Kərimli ölkə başçısı İlham Əliyevin ilkin qiyməti 245 milyon dollar olan yeni bir təyyarə aldığı haqda xəbərə münasibət bildirib. AXCP sədrinin Facebook səhifəsində yazdığını təqdim edirik:

“İlham Əliyevin aldığı yeni təyyarədən xəbəriniz var? Azərbaycan tərəfinin sifarişinə uyğun olaraq xüsusi dizayn edilmiş “ACJ340-600” təyyarəsi İsveçrənin “Jet Aviation Basel” şirkətindən alınıb. Bununla da İlham Əliyevin istifadə etdiyi təyyarələrin sayı beşə çatıb. “Business Aviation News” yazır ki, Azərbaycanın birinci şəxsi və onun ailəsinin sərəncamında indiyə qədər 4 təyyarə olub.
Mətbuat yazır ki, İlham Əliyevin 5-ci təyyarəsinin ilkin qiyməti 245 milyon dollardan başlayır. Özünə belə bahalı təyyarə alan İlham Əliyev bu arada xalqı da unutmayıb. Pensiyaları artırıb. Onun sərəncamından sonra ölkə üzrə orta məbləği 152 manat olan pensiyalar 1 manat 30 qəpik artırılacaq. İndi bildiniz sosial dövlət necə olur? İndi bildiniz “təvazökar prezident” necə sadə həyat tərzi yaşayır? Nəhayət, indi bildinizmi ki, “analoqsuz inkişaf” deyəndə İlham Əliyev nələri nəzərdə tuturmuş?”.

AXCP sədri təyyarənin içərisini əks etdirən iki foto da yazısına əlavə edib.


/azadlıq/

1434 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber