Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2014

Azərbaycanda oğlan uşaqlarının sayı artıb

Çünki Azərbaycanda oğlan uşaqlarının sayı artıb
Azərbaycanda oğlan uşaqlarının sayı artıb. Çox yox, 20 ildən sonra oğlanlar evlənməyə qız tapmayacaq. Çünki indi hər doğulan oğlan uşağına düşən qızların sayında fərq müşahidə olunur. Normada hər doğulan 106 oğlana 100 qız uşağı doğulmalıdır. Son illər bu norma pozulub. 2012-ci ildə 174000-dən çox uşaq doğulub ki onlardan da 53 faizi oğlan, 47 faizi isə qızdır. 2013-cü ildə isə dünyaya gələn 172600 uşaqdan 53,6 faizi oğlan, 47,4 faizi isə qız uşaqlarının payına düşüb.
Bəs niyə qız uşaqlarının sayı azalır? Niyə axı bəzi ölkələrdə olan bu azalma bizdə də müşahidə olunur? Azalmanın əsas səbəblərindən biri uşağın cinsiyyəti bəlli olandan sonra onların abort edilərək götürülməsidir.
Ailə qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyir ki, əslində oğlan uşaqlarının sayı çox olsa da, onlar arasında ölüm hallarına qızlardan çox rast gəlinir. Artıq komitə valideynlər arasında qız uşaqlarına qarşı olan bir sıra mənfi halların qarşısının alınması üçün hazırda işlərin aparıldığı bildirildi.
Sosioloqlar deyir ki, bu zərif cinsin nümayəndələrinə arzuolunmaz cins kimi baxılması ilə əlaqədardır. Başqa bir səbəb isə milli dəyərlərin mövcudluğudur.
Yeni doğulan uşaqlar arasında oğlanlar əksəriyyət təşkil etdiyi kimi, əkiz uşaqlar arasında da bu tendensiya müşahidə olunur. Oğlanlar üstünlük təşkil edir. Amma unutmayın ki, hər 1 körpə öz ruzusunu gətirir. Fərq etməz oğlan və ya qız./ans/
1328 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı