Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2014

Məcburi köçkünün evinə işıq verilmir

Xəzər rayonu Buzovna qəsəbəsi Haxçıvan küçəsi döngə 1-də məsuknlaşan məcburi köçkün Amaliya Əliyeva "Azadlıq"a müraciət edib. Amaliya Əliyeva yazır: "Yaşadığım ərazidə demək olar ki, hər yerə işıq çəkilib. Amma bizim evə 130 metr qalmış iş dayanıb. Mənə yaxın qonşular arxa küçədən evlərinə işıq çəkiblər. Amma Xəzər rayonu işıq idarəsi yalnız mənə işıq çəkməyə imkan vermir. Sözlərindən belə çıxır ki, mən onların yerinə iş görməliyəm. Yəni, evimə qədər dirək basdırmalı və naqil çəkməliyəm, bütün küçəni işıqlandırmalıyam. Mən təqaüdçüyəm, heç yerdə işləmirəm. 109 manat pensiya alıram, bu pulla onların dediyi işləri görmək olmaz. Bir də axı bu onların işidir. Mən niyə dirək basdırıb, küçəni işıqlandırmalıyam? Havaların soyuq olması da bunları insafa gətirmir. Deyirik, işıq yoxdur donuruq, amma veclərinə deyil".
Məsələ ilə bağlı müvafiq qurumlarla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.
1437 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi