Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2014

Kofe rekord həddə bahalaşıb

Bahalaşma quraqlıq səbəbindən meydana gəlib və Braziliyada istilərin davam edəcəyi proqnozlaşdırılır
Qəhvənin qiyməti rekord həddə qədər artıb. Qiymətin bahalaşmasına əsas səbəb kimi Braziliyada baş verən quraqlıq göstərilir.

Qiyməti daha sürətlə bahalanan qəhvə növü əsasən arabikadır. Braziliya bu içkinin istehsalına görə, dünyada liderdir.

Buna görə də bu ölkədə baş verən istənilən təbii fəlakət məhslun qiymətinə təsir edir. İndi dünya bazarında kofenin arabika növünün bir kiloqramı 2700 dollardan baha satılır. Robusta növlü bir qədər ucuz kofenin tonu isə 1800 dollardan bahadır.

Təkcə son bir həftədə kofe 20% bahalaşıb. Ən pisi odur ki, Braziliyada quraqlıq və istilərin davam edəcəyi proqnozlaşdırılır. Deməli qəhvənin qiyməti də yaxın vaxtlarda ucuzlaşmayacaq.
1394 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:15