Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2014

06 fevralda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında
Fevralın 06-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən axşam və gecə bəzi yerlərdə qar yağacağı ehtimal olunur. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Gecə və səhər yollar buz bağlayacaq. Havanın temperaturunun gecə 2-6 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Fevralın 06-da hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Yollar buz bağlayacaq. Havanın temperaturunun gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 13-18, yüksək dağlıq ərazilərdə 20-22, gündüz 2-7 dərəcə şaxta olacağı gözlənilir.
1423 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber