Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2013

Türkiyə Kipri satın alır

Yunan Kiprinin lideri Nikos Anastasiadis ölkədə yaranan iqtisadi böhranla bağlı məsələyə münasibət bildirib. O, yunanların Şimali Kipr Türk Cümhuriyyətində yaradılan Daşınmaz Əmlak Komissiyasına daha çox müraciət etdiyini bildirib.

A.Nikos bunu ölkə üçün narahatlıqverici məqam adlandırıb. Yunanlara müraciətlə “Mallarınızı dəyər-dəyməzinə satmayın. Türkiyə Kipr torpağını da türkləşdirir. Müzakirələrdə bu fakt bizi zəiflədəcək” deyə qeyd edib.

Kipr müzakirələrinə hazırlaşan yunan Kiprinin liderinin sözlərinə görə, ŞKTC-də yaradılan Daşınmaz Əmlak Komissiyasına müraciət edənlərin sayı əsasən 1974-cü ildən əvvəl Kiprdə mülkləri olan yunanların hesabına artıb.

2006-ci ildə yaradılan komissiyaya bu günə qədər 5399 müraciət daxil olub. Türkiyə 437 yunana 138 milyon 593 min ingilis funt-sterlinq təzminat ödəyib. Təzminat ödənən mülklər 9 milyon kvm ərazini əhatə edir.

Yunan lideri Türkiyə və ŞKTC-nin mart ayına qədər problemi həll etməyə dair çağırışına da münasibət bildirib: “Türkiyə addım atsın, BMT və AB-nin qərarlarını yerinə yetirsin. Belə olsa mart ayına qədər yox, yeni ilə qədər həll yolu taparıq”.
1824 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı