Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2014

İraq ordusu ər-Rəmadidə “DAİŞ”-in daha 35 silahlısını öldürüb

Tikritin şimalında bir yanacaq çəni partladılıb və nəticədə 7 polis, 3 ordu əsgəri həlak olub

İraqda hərbi əməliyyatlar, qarşıdurmalar və terror aktlarının ardı-arası kəsilmir.

İnterAz-ın əl-Məyadin telekanalına istinadla verdiyi xəbərə görə, İraq ordusu dünən ölkənin şərqində əl-Ənbarə əyalətinin ər-Rəmadi şəhərində “İraq və Şamda İslam Dövləti”-in (DAİŞ) daha 35 silahlısını məhv edə bilib.

Qarşıdurmalar ölkənin Mosul və Tikrit şəhərlərində də baş verib.

Ordu qüvvələri bu şəhərlərdə əlavə nəzarət postları qurub və körpüləri bağlayıblar. Tikritin şimalında bir yanacaq çəni partladılıb və nəticədə 7 polis, 3 ordu əsgəri həlak olublar. Bildirək ki, dünən Bağdadın mərkəzində rəsmi obyektlərin yerləşdiyi “Yaşıl Zona” adlanan bölgədə törədilən terror aktlarının qurbanlarının sayı da 35 nəfər olub.
1485 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:23