Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2014

Cəzasız qalan cinayət

Nəsimi rayon prokurorluğu faciəyə laqeyddir

Xəbər verildiyi kimi, fevralın 1-də günorta saatlarında, Bakının Nəsimi rayonunda yerləşən “Təzə bazar” MMC-nin daxilində fəaliyyət göstərən və şəriklərdən digəri Vaqif Şıxəliyevə məxsus “Bakı Mərkəzi Bazarı” MMC-nin ərazisində tikilən yeni obyektdə faciə baş vermişdi. Belə ki, tikilinin 3-cü mərtəbəsindən aqlay üzlük daşı buradan keçən Mais Cəbrayılov adlı şəxsin başına düşmüş, nəticədə onun başı deşilmiş və vətəndaş ağır vəziyyətdə Təcili Tibbi Yardım Xəstəxanasına (“Semaşko”) aparılmışdı.

Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin tələblərinə görə, fakt üzrə cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya kütləvi informasiya vasitəsinin məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər (Maddə 46; 46.1.; 46.2.).

Lakin bütün bunlara baxmayaraq, Nəsimi rayon Prokurorluğu baş vermiş faciəyə sükutla yanaşır. Axı cinayət işinin başlanması üçün qanunvericiliyin yuxarıda göstərilən maddələri, KIV-də yayımlanan məlumat da tam əsas verir. Həmin qanlı hadisə barədə isə bəzi saytlar, o cümlədən “Azadlıq” qəzetinin saytı, həmçinin qəzetin dünənki sayında məlumat verilib. Bundan başqa, hadisə ilə bağlı Space TV-də geniş süjet verilib (bu linkdən baxa bilərsiniz - “https://www.youtube.com/watch?v=vxcc4-cSiMU”). Bundan başqa, hadisəni sadə vətəndaşlar anbaan mobil telefonun yaddaşına köçürüb. Qeyd edək ki, Mais Cəbrayılovu əməliyyat edən cərrah Əmralı Yusifov (şöbə müdiri), növbətçi həkim isə Nicat Məmmədov olub. Onların yaralının qohumlarına verdikləri məlumata görə, xəstənin vəziyyəti son dərəcə ağırdır.

Xəstənin qohumlarının Baş Prokuror Zakir Qaralova vurduqları teleqram da nəticəsiz qalıb.

Hadisəyə səbəb olan tikintinin sahibi Vaqif Şıxəliyev adlı sahibkar polisdə və prokurorluqda dindirilərkən deyib ki, guya hadisə xəstənin qəflətən huşunu itirməsi səbəbindən baş verib... Hətta deyib ki, hansısa bir qəzetdə qan tökülməsi əks olunan bir şəkil veriblər, bu qan izi guya təzə kəsilmiş dananın qanıdır... Maraqlıdır, bazarda mal kəsimi üçün xüsusi yer olduğu halda, dananı insanların hərəkət etdiyi səkidə(!) kəsmək hansı məntiqə sığır? Xəstənin qohumları bu ifadəni özləri üçün təhqir sayırlar.

Tikinti qanunsuz aparılır

Sən demə, faciəyə səbəb olan tikinti qanunsuz aparılırmış.

Belə ki, dünən “Təzə Bazar” MMC-nin digər təsisçisi (şəriki) Məmmədağa Ibrahimovun hüquqlarını müdafiə edən tanınmış vəkil Əlirza Habilovla əlaqə saxladıq, iki gün əvvəl baş vermiş qanlı hadisənin törədildiyi ərazidəki tikilinin qanuni olub-olmamasını soruşduq. Vəkil dedi:

- 21 may 2012-ci il tarixdə Nəsimi Rayon Məhkəməsində qətnamə qəbul olunmuşdu. Həmin iş üzrə iddiaçı Ibrahimov Məmmədağa Əlimürsəl oğlu, cavabdeh qismində isə Şıxəliyev Vaqif Hacəli oğlu olmuşdu. Tələb ondan ibarət olmuşdu ki, “Təzə Bazar” MMC-nin mülkiyyəti təsisçiləri arasında bərabər bölünsün. Nəsimi Rayon Məhkəməsi 21 may 2012-ci ildə iddianı təmin etmişdi və bundan sonra V.Şıxəliyev həmin qətnamədən narazı qaldığı üçün apelyasiya şikayəti vermişdi. Bakı Apelyasiya Məhkəməsi 31 yanvar 2013-cü il tarixdə bu işə baxana qədər isə tərəflər arasında barışıq müqaviləsi imzalanmışdı... Burda həm iddiaçı və həm də cavabdeh tərəf olmaqdan əlavə, onların yaxın qohumluq əlaqələri var, qudadırlar. Barışıq sazişində göstərilirdi ki, bazar iki bərabər hissəyə bölünməklə tərəflərin ayrı-ayrılıqda mülkiyyətinə verilsin. Bu sazişdə gələcəkdə mübahisəyə yol aça biləcək hansısa bir qaranlıq məsələ belə qalmamışdı... Məhkəmə bu sazişi 31 yanvar 2013-cü ildə təsdiq etdi. Bu da o deməkdir ki, tərəflər öhdəliyi yerinə yetirməyə məcburdur! Məlumat üçün bildirim ki, Nəsimi Rayon Məhkəməsinin 15 noyabr 2013-cü il tarixli qərarı ilə V.Şıxəliyevə və digərlərinə “Təzə bazar” MMC ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin 31.01.2013-cü il tarixli qərardadı icra edilənədək bölgüyə əsasən M.Ibrahimova düşən ərazidə mağaza və satış yerlərini V.Şıxəliyevin icarəyə verməsi, icarə haqları, rüsumlar yığması və M.Ibrahimova aid olan ərazidə V.Şıxəliyevin tikinti aparması və digər formada istifadə etməsi kimi hər hansı hərəkətləri (xüsusən də Şıxəliyev Vaqif Hacalı oğluna) qadağan edilmişdi. Lakin V.Şıxəliyev bu məhkəmə qərarına məhəl qoymadan orada qanunsuz tikinti işləri aparmış və vətəndaş Mais Cəbrayılovun da başına iri aqlay üzlük daşı bu qanunsuz tikinti ərazisində düşmüşdü.

***

Qeyd edək ki, məhkəmə icraçıları bir müddət əvvəl Vaqif Şıxəliyevə, hələ yarımçıq olduğu vaxt, tikintini könüllü dayandırmaq barədə 10 gün vaxt vermişdi. Lakin Vaqif Şıxəliyev məhkəmə qərarına məhəl qoymadan tikintini davam etdirərək başa çatdırmışdı... Əlbəttə, bu tikintinin başa çatdırılması həm də məhkəmə icraçılarının hərəkətsizliyinin məhsuludur... Daha bir vacib məqam: həmin tikintiyə Nəsimi rayon icra hakimiyyətindən sərəncamın verilməsi də qanunsuz hərəkətdir, çünki tərəflər arasındakı barışıq sazişi icra edilmədən həmin ərazidə tikintinin aparılmasına icazə verən sərəncam imzalana bilməzdi. Bu qanunsuz sərəncam isə ortadakı münaqişəni daha da alovlandırıb.../azadlıq/
1497 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05