Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2014

Niderlandın İctimai Televiziyası Azərbaycanı diktatura adlandırdı

«Sovet hakimiyyətinin dağılmasından sonra Bakıda yalnız bir ailə söz sahibidir: Əliyevlər»

«Azərbaycanda ifadə azadlığı, demokratiya yoxdur»

Niderlandın Ictimai Televiziyası Iosif Stalinlə bağlı xüsusi veriliş hazırlayıb. “Soçi arxasındakı dağlar” adlanan verilişdə öncə Stalinin anadan olduğu kənddən reportaj təqdim edilir. Diktatorun valideyinlərinin uyuduğu məzarlar, onun tez-tez baş çəkdiyi məkanlar göstərilir. Reportajın Azərbaycan tamaşaçısı üçün maraqlı tərəfi Stalini Bakı ilə bağlayan məqamlardır.
Bakıda çəkilən hissə Milli Parkdan kadrlarla başlayır. Jurnalist bir zamanlar Stalinin yatdığı həbsxananın yerində indi Azərbaycanın “Bayraq Meydanı”nın yerləşdiyini deyir. Amma Stalinlə bağlı reportaj tədricən Azərbaycandakı hakim Əliyev rejiminə keçir. Stalin idarəetməsi ilə Əliyev hakimiyyəti arasında bir sıra paralellər aparan aparıcı hər iki rejimin diktaturaya əsaslandığını xüsusi ilə vurğulayır. Reportajın həmin hissəsini aparıcının təqdimatında diqqətinizə çatdırırıq:
“Bakı dünyada neft hasil olunan ilk yerlərdən biridir. Bakı həm də Stalinlə bağlı olan şəhərdir. O, Bakıda həbs edilib və burada da həbsaxanada yatmışdır. Hazırda onun yatdığı türmənin yerində Azərbaycanın çox böyük olan bayrağı dalğalanır. Sonradan dünyanın böyük diktatoru olan Stalin hələ Bakı həbsxanasında yatarkan özünün qəddarlığı ilə ad çıxarıb, bütün məhbusları özünə tabe edə bilib”. Sovet hakimiyyətinin dağılmasından sonra Bakıda yalnız bir ailə söz sahibidir: Əliyevlər. Şəkilləri bütün küçələrdə asılan ata Heydər Əliyev və hazırda isə onun oğlu Ilham. Ifadə azadlığı, demokratiya - burda bunların heç biri yoxdur. Yanımda indi bir insan dayanıb. Bu gözəl bulvarda mənim ona danışmaq təklifimi qəbul etmir. Heç yerdə insanlar fikirlərini kameraya bildirmək istəmirlər, keçənlərdən kimsə danışmaq istəmir... Amma Xınalıq yolu üstündə bir nəfər belə bir fikir deyir: “Əvvəllər çətinliklə keçilən yolu gözəl asfaltla bir saata keçmək olur”. Diktaturanın da müsbət məqamları var"./azadlıq/
1241 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat