Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2014

Ramil Usubov vəzifədən gedir?

DIN-dəki kadr dəyişikliyi ilə bağlı ilginc məlumat

Daxili işlər naziri Ramil Usubov istefaya göndərilə bilər. Bu barədə readksiyamıza daxil olan məlumatda bildirilir ki, aprel ayında Ramil Usubovun daxili işlər naziri təyin edilməsinin 20 ili tamam olur. Beləliklə, Ramil Usubov ən çox vəzifədə qalan məmur kimi rekorda imza atır. Hazırda ondan başqa uzun müddət vəzifədə olan məmur yoxdur.
“Sabiq təhsil naziri Misir Mərdanov və sabiq müdafiə naziri Səfər Əbiyev də uzun müddət nazir olublar. Lakin artıq onlar vəzifədən azad edilib. Qalıb Ramil Usubov, aprel-may aylarında onun da təntənəli şəkildə yola salınacağı gözlənilir”, - deyə məlumatlı mənbə bildirib.
Mənbə qeyd edib ki, son günlər Daxili Işlər Nazirliyində aparılan kadr dəyişikliklərinin arxasında da Ramil Usubovun vəzifədən gedəcəyi dayanır: “Bu barədə nazirin özündə də məlumat var. Yəni, Ramil Usubov bilir ki, onun işdən azad edilməsi gündəmdədir. Ona görə də yerinə hazırladığı kadr üçün gözlənilən problemləri indidən həll edir. Kadr dəyişikliklərinin kökündə məhz bu amil dayanır. Ramil Usubov düşünür ki, onun təyinata təsiri olacaqsa, özünə yaxın adamın yerinə təyin olunmasına nail ola biləcəksə, o zaman indidən onu gözləyən problemləri aradan qaldırmaq lazımdır”./azadlıq/
1436 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 08:07