Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2014

Suriyada öldürülən azərbaycanlı İnterpol xətti ilə axtarışdaymış

Dünən Suriyada öldürülməsi barədə məlumat yayılan azərbaycanlının İnterpol xətti ilə axtarışda olduğu müəyyənləşib.

Terrorçuların Urfan kimi təqdim etdiyi şəxs Xudat rayon sakini, 39 yaşlı Urfan Ağcabəyov olduğu məlum olub.

Azərbaycan hüquq-mühafizə orqanları U. Ağcabəyov barəsində hələ bir neçə il əvvəl beynəlxalq axtarış elan edib. Onun dövlətlərarası axtarışda olması barədə məlumatlar İnterpolun saytında yerləşdirilib.

İnterpolun saytında yerləşdirilən məlumata görə, U. Ağcabəyov Azərbaycan, rus və puştu dillərini bilib. O, Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunub.

Qeyd edək ki, ötən gün Suriyada daha 3 azərbaycanlının öldürülməsi barədə məlumat yayılmışdı. Terrorçulara məxsus saytların yaydığı xəbərdə ölən şəxslərdən ikisinin adı açıqlanmasa da digərinin adının Urfan olduğu qeyd olunub.
1316 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 22:08