Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2014

Bakıda məktəbli qızın dəhşətli intiharı

Bakıda dəhşətli intihar hadisəsi baş verib. Nəsimi rayon Polis İdarəsindən verilən məlumata görə, Süleyman Rüstəm küçəsi 41, mənzil 29 ünvanında yaşayan 1999-cu il təvəllüdlü Əliyeva Çinarə Samir qızı özünü binanın 5-ci mərtəbəsindən atıb. Yeniyetmə qız hadisə yerindəcə keçinib.
İlkin baxış zamanı intihar edən məktəbli qızın üzərindən anasına yazdığı məktub aşkarlanıb. Ç.Əliyeva rus dilində yazdığı məktubda anasını çox sevdiyini yazıb: “Ana, sən çox yaxşı anasan, səni çox sevirəm. Heç nəyi aydınlaşdırmayın, sadəcə məni dəfn edin. Həyatını Emil üçün davam elə”.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. İntiharın səbəbləri araşdırılır.
1303 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 12:22