Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2014

Eldəniz Quliyevdən Əli Əliyevə «ailə» dərsi

“Mən, hər halda, hesabla ailə qurmamışam”

EL hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyevlə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev və müavini Ramil Hüseynov arasında savaş davam edir. E. Quliyev fevralın 5-də “Yeni Müsavat”a bildirib ki, o, tərbiyədən bixəbər adamlara bundan sonra cavab verməmək qərarına gəlsə də, artıq ailə məsələlərinin ortalığa atılmasına dözməyib: “Mən özüm üçün qərarlaşdırmışdım ki, Əli Əliyevin və yanında saxladığı itin-küçüyün səviyyəsinə enmək doğru deyil.

Çünki əvvəla, onları basdıqca cəmiyyətə pis qoxu verirlər. İkincisi, onların səviyyəsinə ensən gərək yerlə sürünəsən. Ancaq tərbiyəsizliklərini yenə göstərərək ailə-məişət məsələlərini ortaya atdılar. Ona görə də qısa da olsa cavab vermək məcburiyyətində qalıram. Bunların partiyacıqlarının konseptual mübarizə taktikası, strategiyaları olmadığı üçün ancaq və ancaq Milli Şuraya, Milli Şuranın rəhbərliyinə, Rüstəm İbrahimbəyova, mənə, Eldar Namazova qarşı sifarişli təhqir kampaniyası aparırlar. YAP təmsilçilərinin mövqeləri ilə bunların fikirləri eynidir. Əli Əliyev siyasətçiliyi həqiqətən qədim peşəyə çevirdi. Bu, artıq mənim üçün birmənalıdır. Onun və yanındakıların cavabları da bunu sübuta yetirdi. Mənim üçün Əli Əliyev adlı siyasətçi, VİP adlı partiya yoxdur. Məncə, ümumiyyətlə, Azərbaycan cəmiyyəti üçün də yoxdur. Küçədə sorğu keçirin, əgər 100 adamdan ikisi Əli Əliyev adlı siyasətçi, VİP adlı partiya tanıyırsa, mən papağımı yerə qoyuram. Əli Əliyev özündən müştəbehliyi ilə elə bilirsə ki, sağlam mühitə erroziya salacaq, səhv edir. Çünki karvan hər hansı ekzotik səsdən dayanan deyil. Demokratik düşərgə də öz mübarizəsini davam etdirəcək. Əli Əliyev kimiləri bizim əlimizə-ayağımıza dolaşa bilməz”.
E.Quliyev dedi ki, Əli Əliyev onu açıq-aşkar şərləyib: “İddia edib ki, guya mən ondan benzin pulu alırmışam. Əli Əliyevə artıq yazığım gəlir. Şərləməkdən başqa yolu qalmayıb. Bu cür adamlar əslində öz həyatlarını yaşamırlar, belələri it sahibinin əlindəki ətə necə baxırsa, gələn paketlərə elə baxırlar. O kimdir ki, mən ondan pul alım! Öz intellektimlə, zəhmətimlə pul qazanmışam. Mən özüm ağlım kəsəndən ehtiyacı olana cib xərcliyi verən adam olmuşam. Gənc yaşlarımdan böyük pullar qazanmışam. Aldığım maşınlar da halal pulla alınmış maşınlardır.
Ailə məsələlərinə gəlincə, mən, hər halda, hesabla ailə qurmamışam. Mən həmişə namusla, vicdanla yaşamışam. Mən, sadəcə, onlara “ayıb olsun” deyirəm. Bu hərəkətləri ilə özlərini biabır elədilər».
1348 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 09:48