Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2014

Məmurdan oğurlanan pulun məbləği niyə azaldıldı?

Abşeron Sosial Müdafiə Mərkəzinin rəhbəri vəzifəsini icra edən Oqtay Məmmədovun evindən külli miqdarda oğurluq edilməsi barədə ötən gün məlumat vermişdik.

Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, Arif Heydərov küçəsi - 29, mənzil 22-də yerləşən mənzildən 200 min ABŞ dolları, 190 min manat və 150 min manat dəyərində qızıl-zinət əşyaları naməlum şəraitdə oğurlanıb.

Polisdən verilən məlumatda göstərilir ki, Oqtay Məmmədovun həyat yoldaşı Rəhilə Məmmədova məktəbdə müəllimə işləyir. Belə olan halda isə ortaya başqa bir sual çıxır:

Müəllimə və bir rayonun Sosial Müdafiə Mərkəzinin rəsi əvəzinin evində yarım milyon hardandır?


Şübhəli “oğurluq rəqəmi”
Oğurluq olan evə getdik. Evin zənginə kimsə qapını açanmadı. Qapının dəstəyi də üzərində deyildi. Qapının qabağında ekspertiza zamanı istifadə edilən tibbi əlcək vardı.
Qayıtmaq istəyəndə ev sahibləri gəlib çıxdı.

Oqtay Məmmədovun həyat yoldaşı Rəhilə Məmmədova yaşlı bir kişi ilə evinə yaxınlaşdı. Rəhilə Məmmədovanın yanındakı kişi əvvəlcə özünü Oqtay Məmmədov – evin sahibi - kimi təqdim etsə də, sonradan ailənin yaxını olduğunu dedi. Əvvəlcə danışmaq istəməsə də, Rəhilə Məmmədova sonradan nə düşünürsə, fikrini dəyişdi.

“Axar.az”ın müxbiri ilə söhbəti zamanı bildirdi ki, evlərindən yüzminlərlə manat qiymətində oğurluq olması xəbəri yalandır və rəqəmi çox şişirdiblər:

- Rəqəmləri düz yazmamısınız. Bizim evdən oğurluq olub, ancaq siz yazdığınız qədər yox. Bir az qızıl və 20-25 min manat da pul oğurlanıb. Qızıllar da gəlinimin idi. Bir cüt sırğa, bir bilərzik və bir “komplekt”. Qızıl və oğurlanan pullar hamısı bir yerdə 30 min manat olar, ya olmaz.


Oqtay Məmmədovla həyat yoldaşının sözləri tutmur

Məsələ ilə bağlı “Milli.az”a açıqlama verən Oqtay Məmmədov isə evdən çıxan pulların ona aid olmadığını dedi:

- Mənzilindən cəmi 35 min manat pul, yoldaşıma məxsus 6000 min manat dəyərində qızıl oğurlanıb. Mənim pulum deyildi, oğlumun idi, iş görmək istəyirdi. Maşınını satmışdı. Mən evdə olmayanda oğurluq edilib.

Polis də rəqəmləri dəyişdi

Ən qəribəsi odur ki, Məmmədovlar ailəsi oğurluqla bağlı polisə müraciət edəndə məbləği tamamilə fərqli göstəriblər. Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini Rəhilə Bahadır qızı Məmmədova polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, ötən gün evdə olmadığı müddətdə mənzilindən 200 min ABŞ dolları, 190 min manat və 150 min manat dəyərində qızıl-zinət əşyaları naməlum şəraitdə oğurlanıb.

Bu qədər dəqiqliklə verilən açıqlamadan sonra isə Nərimanov Rayon Polis İdarəsinin rəisi Muradəli Babayev APA TV-yə oğurlanan məbləğin ərizədə göstərildiyi qədər olmadığını təsdiqləyib:

- Mənzildən oğurlandığı deyilən məbləğ zərərçəkənin uydurmasıdır. Qadın əvvəl evdən 35 min manat oğurlandığını bildirib, sonra isə ifadə dəyişdirilib. Bu adi bir oğurluq faktıdır.

Bu uydurma rəqəmi Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölmənin niyə fərqinə varmadan dünən mediaya açıqlaması isə təbii ki, maraq doğurmaya bilməz.

/axar/
1375 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı