Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2014

Suriyada daha iki Azərbaycan vətəndaşının öldürüldüyü xəbəri yayılıb

Suriyada daha iki Azərbaycan vətəndaşının öldürüldüyü barədə xəbər yayılıb.

Bu barədə terrorçulara məxsus saytlar məlumat yayıb.

Məlumata görə, “Əl-Nüsra Cəbhəsi” sıralarında Bəşər Əsədə qarşı vuruşan Fariz adlı azərbaycanlı hökumət qüvvələri tərəfindən öldürülüb. Onun Sumqayıtdan olduğu bildirilir. Terrorçular onun meyitinin və ölümündən əvvəlki fotolarını sosial şəbəkələrdə yayıblar.

Bundan başqa, terrorçular ötən ilin dekabrında Suriyada öldürülən daha bir azərbaycanlının fotosunu da sosial şəbəkələrdə yerləşdiriblər. “Ziko” ləqəbli həmin azərbaycanlının da Sumqayıt şəhərindən olduğu bildirilir.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu terroçular tərəfindən sosial şəbəkələrdə yayılıb./apa/


1436 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...