Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2014

Gülər Əhmədova: “Gültəkin Hacıbəyli tutulmalı idi”

“Əqidəsini qoruyan adam həm iqtidarda, həm də müxalifətdə qiymətli olur”

“Mən Milli Şuranın üzvlərini dəfələrlə məhkəməyə dəvət etmişəm ki, gəlib prosesdə iştirak edib, sonra fikir bildirib, bəyanata versinlər”.

Bunu Gülər Əhmədova bu gün Apellyasiya Məhkəməsində keçirilən növbəti prosesdən sonra jurnalistlərə bildirib.

G. Əhmədova deyib ki, əqidəsini qoruyan adam həm iqtidarda, həm də müxalifətdə qiymətli olur: “Mən bilirəm o bəyanatın müəllifi kimdir. Gültəkin Hacıbəyliyə müraciət edib, demək istəyirəm ki, tutulmağa qalsaydı, Gültəkin Hacıbəyli tutulmalı idi. Mənə qarşı nə şahid, nə zərərçəkən var. Gültəkin Hacıyeva bilsin ki, ona qarşı çox yumşaq, mənə qarşı çox sərt davranıblar”.

Qeyd edək ki, Milli Şuranın bir neçə gün əvvəl yaydığı bəyanatda bildirilib ki, iddia müddəti 8 il əvvəl bitmiş pul tələbi əsasında Gültəkin Hacıbəylinin bütün əmlakına həbs qoyulduğu halda, bir milyon dollar pul alması ilə bağlı dələduzluq cinayəti məhkəmə tərəfindən sübuta yetirilmiş Gülər Əhmədovanın heç bir əmlakına həbs qoyulmayıb./apa/
1344 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:33