Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2014

Şirkətin rəhbəri və əməkdaşı həbs edilib

Bakıda 2 nəfərin ölümünə səbəb olan söküntü işlərini həyata keçirən şirkətin rəhbəri və əməkdaşı həbs edilib

Azərbaycan Baş Prokurorluğu yanvarın 25-də paytaxtın Nərimanov rayonu ərazisində sökülməkdə olan beşmərtəbəli binanın uçması nəticəsində iki nəfərin ölməsi faktı ilə bağlı aparılan istintaq haqqında açıqlama yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən apa-ya verilən məlumata görə, söküntü işlərini həyata keçirən “Araz-2011A” MMC-nin direktoru Araz Həsənov və həmin işləri icra edən ekskavatorçu Qamət Məmmədovun “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbul qaydaları” və “Tikintidə təhlükəsizlik texnikası” norma və qaydalarının tələblərini pozmalarında əsaslı şübhələr olduğundan onlar təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda Bakı şəhər Prokurorluğunda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, fakt üzrə Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.
1243 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP