Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2014

Bakıda mənzildən 48 yaşlı qadının meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi məlumata görə, Yasamal rayonunda 1966-cı il təvəllüdlü Kəngərli Leyla Adil qızının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub.

FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin eyvanına qalxaraq içəri daxil olub və giriş qapısını açıb. Mənzilə baxış keçirilərkən vətəndaş dəhlizin döşəməsində hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerində çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində Leyla Kəngərlinin vəfat etdiyi müəyyən olunub. Cəsəd aidiyyəti üzrə təhvil verilib.

Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, L. Kəngərlinin meyiti ekspertizaya göndərilib. Hazırda qadının ölüm səbəbləri müəyyənləşdirilir.
1408 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...