Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2014

Rza Zərrab Kamal Kılıçdaroğlunu məhkəməyə verdi

Türkiyədə "17 dekabr" əməliyyatı çərçivəsində həbs olunan azərbaycanlı iş adamı Rza Zərrab Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunu məhkəməyə verib. Türkiyə mətbuatının yaydığı məlumata görə, iş adamı partiya sədrinin onun barəsində təhqir və iftira səsləndirdiyini əsas gətirərək 100 min lirəlik mənəvi təzminat tələb edir.

Rza Zərrab vəkili vasitəsi ilə məhkəməyə göndərdiyi iddianamədə qeyd edib ki, onun barəsində Kılıçdaroğlunun dedikləri insan hüquqlarına, əxlaqa və vicdana sığmır.

Qeyd edək ki, Kamal Kılıçdaroğlu rüşvət əməliyyatı çərçivəsində həbs edilən iş adamı Rza Zərrabın həbsxanadan xəbər göndərdiyini bildirib: "Həbsdə olan İran əsilli Zərrab var. Ona deyəcəklər ki, "sən danışma. Biz səni azad edəcəyik". Çünki o, "Məni bir az da burada saxlasanız, hər şeyi danışacam" deyərək xəbər göndərib. Onun danışmasını istəmirlər. Bir müddətdən sonra o, azad olunacaq. Hələlik isə əmlakı üzərindəki həbslər aradan qaldırılır"./ans/
1409 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı