Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2014

Gültəkin Hacıbəyli Gülər Əhmədovaya cavab verdi

“Mən Milli Şura üzvlərini məhkəməyə dəvət etmişdim ki, gəlib izləsinlər, burada baş verənləri görsünlər, sonra yazsınlar. Ancaq gəlmədilər. Mən onları bir daha dəvət edirəm. Əqidəsini saxlayan adamlar həm iqtidarda qiymətli olur, həm müxalifətdə. Mən bilirəm ki, o məktubun müəllifi kimdir. Gültəkin Hacıyevadan söhbət gedirsə, o bilməlidir ki, tutulmağa qalsa, bəlkə də elə tutulmalı adam o idi. Mənə qarşı nə bir şahid ifadəsi, nə zərərçəkmiş, nə sübut var. Üzümə duran da yoxdur. Ona görə deyirəm ki, ona qarşı həddən artıq humanist, mənə qarşı sərt davranıblar. Milli Şuraya isə təəssüf edirəm. Bir qadınla digərini müqayisə edirlər”. Bu sözləri dünən Bakı Apelyasiya Məhkəməsində həbsdə olan keçmiş deputat Gülər Əhmədova Milli Şuranın Gültəkin Hacıbəyliyə qarşı təzyiqlərlə bağlı bəyanatına münasibət bildirərkən deyib.
Gülər Əhmədovanın dedikləriylə bağlı Milli Şuranın Beynəlxalq Münasibətlər Komissiyasının sədri Gültəkin Hacıbəylinin mövqeyini öyrəndik. O, keçmiş həmkarının fikirlərinə lakonik cavab verdi: “Gülər Əhmədova hər addımbaşı sədaqətini reklam etdiyi və sıralarından xaric olunduğu Yeni Azərbaycan Partiyasına özü böyda qara ləkədir. Belə bir adamın fikirlərinə münasibət bildirməyi artıq hesab edirəm”.
1492 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı