Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2014

Suriyada xeyli sayda Pakistan və Çeçenistan vətəndaşı öldürülüb

Suriya ordusu ölkənin şimal-qərbində yerləşən Laziqiyyə əyalətində apardığı əməliyyatlarda xeyli sayda əcnəbi silahlı öldürüb.

SalamNews-un SƏNA agentliyinə istinadla verdiyi xəbərə görə, öldürülən silahlılar arasında Tunis, Pakistan, Çeçenistan, Türkiyə, Britaniya, İraq, Fələstin və s. ölkələrin vətəndaşları olub.

Bundan başqa, onlar arasında bir neçə əcnəbi qadın snayperçinin olduğu deyilir.

Qarşıdurmalar ölkənin Hələb, Hüms şəhərlərində və dəməşqətrafı əyalətlərdə də baş verib.

Suriya İnsan Hüquqları Müşahidəçi Qrupunun məlumatına əsasən, təkcə ötən gün gedən qarşıdurmalarda 190 nəfərin ölümü qeydə alınıb ki, onlardan 40 nəfəri Hələbdə hava limanları ətrafında gedən döyüşlərdə həlak olub.
1414 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 18:03