Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2014

ABŞ və Rusiya arasında Ukrayna mübahisəsi yaranıb

Almaniyanın Münih şəhərində keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransında Amerika və Rusiya arasında Ukrayna mövzusunda mübahisə yaranıb.
Konfransda çıxış edən ABŞ-ın Xarici İşlər Naziri John Kerry artıq 3 aydır ki,Ukraynada davam edən aksiyaları "demokratiya mübarizəsi" olaraq qiymətləndirib.Onun Rusiyalı həmkarı Sergey Lavrov isə Qərb ölkələrini Ukraynanın daxili işlərinə müdaxilə etməklə və "şiddəti daha da artırmaqla" günahlandırıb.
John Kerry Orta və Şərqi Avropa ölkələrində "korrusiya" təməlli,ədliyyənin müstəqilliyi zəiflədən və "narahat edici" bir təzyiq üsulunun olduğunu bildirib.O, "Bir daha vətəndaşların hüquqları korrupsiya, müxalifətin və fərqli düşünənlərin, medianın, qeyri-hökumət təşkilatlarının hüquqları və məhkəmələrin müstəqilliyi oliqarxların maraqları altında əzilir” – deyib.
Lavrov isə cavabında, "Niyə bir çox Avropalı siyasətçi öz ölkələrində qanunlar tapdalananda sərt bir şəkildə cəza verir, lakin Ukraynada bu kimi hadisələrə dəstək verir? Niyə dövlət binalarını işğal edən və çıxmayan şəxslərin qınandığını eşitmirik?’’ – deyib.




1316 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber