Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2014

Pakistan hökuməti “Taliban”la danışıqlara başlayıb

Pakistanda hökumət və “Taliban” hərəkatının nümayəndələri arasında ilk görüş keçirilib

Pakistanın paytaxtı İslamabadda hökumət və “Taliban” hərəkatının nümayəndələri arasında silahlı mübarizənin dayandırılmasına dair danışıqların birinci raundu sona çatıb.

“BBC”-nin verdiyi xəbərə görə, görüş üç saat davam edib. Tərəflər sonrakı danışıqların şərtlərinin razılaşdırılmasına nail ola biliblər. Belə ki, tərəflər danışıqları poza biləcək hər hansı addımlara yol verməməyə və danışıqların tezliklə yekunlaşdırılmasına dair razılaşma əldə ediblər.

Məlumata görə, Pakistanın baş naziri Navaz Şərif bir müddət əvvəl hökumətin silahlı mübarizənin sülh yolu ilə dayandırılmasına çalışdığını bildirib. O, lakin, danışıqların pozulacağı təqdirdə gücdən istifadə ediləcəyini istisna etməyib.

Pakistanlıların əksəriyyəti bu təmaslara şübhə ilə yanaşır və onları hökumətin zəifliyinin əlaməti kimi qiymətləndirir.
1378 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 11:16