Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2014

DEVAMM Müdafiə Nazirliyinin açıqlamasına etiraz edir

DEVAMM bildirir ki, Müdafiə Nazirliyinin rəsmisi orduda namaza qadağa bağlı mətbuata açıqlaması zamanı insan hüquq və azadlıqlarını məhdudlaşdıran müddəalara yer verib. Belə ki, nazirlik rəsmisi birmənalı olaraq dini etiqad azadlığının təmin olunmasını təsbit edən konstitusion prinsiplərdən məlumatsızlıq ifadə edərək, “dini əqidə hərbi qulluqçuları hərbi xidmət vəzifələrinin icrasından azad etmir” kimi ibarələrlə namaz qadağasının mövcudluğunu faktiki olaraq təsdiq etmişdir.

DEVAMM – Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi bununla bağlı bəyanat qəbul etmişdir. Mərkəzin sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir:

“Müdafiə Nazirliyi rəsmilərinin orduda namaz qadağasının olub-olmamasının izahında dedikləri sözlər - ən azı anlaşılmazlıqdır. Belə ki, nazirlik rəsmisinin izahında dini etiqad və vicdan azadlığının birmənalı təmin olunması, dini etiqadı məhdudlaşdıran heç bir hərəkətin edilməməsi və belə hərəkətin zatən qeyri-qanuni olması barədə heç bir müddəa səslənmədi. İkibaşlı cümlələrlə, şablon ifadələrlə amorf bir fəza yaradıldı ki, bunun nəticəsində nazirliyin namaz qadağasının mümkünlüyünə olan həqiqi münasibəti əsla bilinmədi.
DEVAMM olaraq bəyan edirik ki, istər Müdafiə Nazirliyinin strukturuna aid bölmə və hissələrdə, istərsə də hər hansı bir digər yerdə Azərbaycan Respublikasının Konstitusiyası birbaşa və mütləq təsir qüvvəsinə malikdir və heç bir vəzifəli şəxs bu Əsas Qanundan irəli gələn hüquq və azadlıqları məhdudlaşdıra bilməz.
Eyni zamanda nəzərə almaq lazımdır ki, dini ayinlərin icraısna maneə törətmək - qüvvədə olan qanunvericiliyə görə cinayət tərkibi yaradır. Əlaqədar qurumlara, o cümlədən, hərbi hissələrdə qanunçuluğun təmininə nəzarət edən inzibati qurumlara müraciətlə, göstərilən halları yoxlamaq və müvafiq hüquqi qiyməti vermək üçün müraciət edirik”.

Xatırladaq ki, Müdafiə Nazirliyi azvision.az-ın sorğusuna cavab olaraq bildirib ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa görə dini əqidə hərbi qulluqçuları hərbi xidmət vəzifələrinin icrasından azad etmir. MN rəsmisi eləcə də bildirib ki, “ölkəmizdə din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Eyni zamanda, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dini cərəyanların yayılması və təbliği də qadağandır”.
1390 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı