Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2014

Moskvada miqrantlara qarşı reyd keçirilib

Rusiya bir tərəfdən Soçi Olimpiya Oyunlarına start verməyə hazırlaşarkən digər yandan da ölkədə təhlükəsizlik tədbirlərini artırır. Bu tədbirlərdən ən çox zərər görənlər isə yenə də çörək pulu gazanmağ üçün bu ölkəyə üz tutmuş migrantlardır.

Federal Migratsiya Xidməti əməkdaşları tərəfindən Moskvada inşaat obyektinlərindən birində keçirilən reyd nəticəsində burda çalışan migrantların heç birinin sənədlərinin gaydasında olmadığı aşkarlandı. Bəzi migrantlar yoxlama olduğunu görüncə çarəni gaçmaqda gördülər, gaça bilməyənlər isə saxlanıldı.

“Bu günkü yoxlamada 9 xarici vətəndaş aşkarladıq. Bunlardan heç birinin sənədləri gaydasında deyildi. Ona görə onların hamısını şöbəyə aparacağıq. Daha sonra mərkəzi sistemdə bu insanlar bir bir yoxlanılacaq. Əgər həqiqətən ganunları pozduqları isbat edilsə deportasiya edilmələri üçün məhkəməyə veriləcəklər” – deyə Federal Miqrasiya Xidməti əməkdaşı Aleksandr Lisitski bildirib.

Saxlanan miqrantlar arasında azərbaycanlı yox idi. İnşaat obyektində qeyri-qanuni calışanların hamısı Özbəkistandan gələnlər idi.

Migrantların galdıqları otaqların acınacaqlı görkəmi də onların ağır həyat şəraitindən xəbər verirdi. Ama onlar istənilən halda burda işləməyə razıdırlar.

Rusiyalı insan hüquqları müdafiəçisi Aleksandr Brod isə migrantların qanuni və sossiyal haqlarının kobud şəkildə pozulduğunu deyir.

“Rusiyada migrantların həm qanuni həm də sossiyal haqları pozulur. Onlar geydiyyatdan keçirilmir. Xəstələndiklərində heç bir tibbi yardım görmürlər. Rusiyadakı mövcud sistem miqrant haqlarını qorumaqdan çox uzaqdır. Bunu dəfələrcə hökumətə bildirmişik”.

Qeyd edək ki, 10 milyondan çox xarici ölkə vətəndaşının yaşadığı Rusiyada sadəcə 1.5 milyon miqrantın işləmək üçüm rəsmi icazəsi var. /ans/
1466 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber