Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2014

Azərbaycanlı jurnalist Türkiyədən deportasiya edilir

Türkiyədə yaşayan və işləyən, "Todays Zaman" qəzetinin azərbaycanlı yazarı Mahir Zeynalov bu ölkədən deportasiya edilib. Bu barədə məlumatı "Zaman" qəzeti yayıb.

Onun deportasiya edilməsi haqqında qərar qəbul edilməsinə səbəb isə atdığı tvittlər olub. Belə ki, M.Zeynalov "Türk hakimlər, polisə "Əl Qaidə" ilə əlaqəli olan şəxslərin tutulması əmrini verdi. Ərdoğanın təyin etdiyi polis rəisləri isə buna riayət etmədi" tviti paylaşıb.

4 ildir Türkiyədə işləyən azərbaycanlı jurnalist türk vətəndaşı ilə evlidir. Bunun üçündə Türkiyədə məskunlaşmaq haqqı var.

Qeyd edək ki, baş nazir Rəcəb Tayyib Ərdoğan da Zeynalov haqqında "təhqir, xalqı kin və düşmənçiliyə təhrik etmə" ittihamı ilə məhkəməyə müraciət edib. Mahir Zeynalov isə buna cavab olaraq yazdığı tvitlərin mətbuatda yayılan informasiyalara əsaslandığını və heç bir şərh yazmadığını bildirib./ans/
1379 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 17: