Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2014

Soçi 2014-ün təhlükəsizliyini qoruyacaq heyətin sayı açıqlandı

Olimpiadanin təhlükəsizliyini 40 min polis və 30 min Təhlükəsizlik Xidmətinin əməkdaşı təmin edəcək

Yarış ərəfəsində Rusiya hökumət dairələri Olimpiya oyunları zamanı təhlükəsizliyin tam təminatına hazır olduqlarını bildiriblər. İnterAz Euronews telekanalına istinadən xəbər verir ki, şəhərə güc strukturlarının 70 min nəfərlik qüvvəsi nəzarət edəcək ki, onların 40 mini polis, 30 mini isə Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarıdır.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin jurnalistlərə müsahibəsində yerli əhalinin narazılığına səbəb olan sərt təhlükəsizlik tədbirlərinin zəruri olduğunu bildirib. Prezident gün ərzində Rusiya yığmasının əhatəsində olimpiya obyektlərinə baxış keçirib. Fevralın 5-də olimpiya məşəli Soçi şəhərinə gətirilmişdir. Məşəl şəhərin bir çox ərazilərində gəzdirilib, yerli sakinlər və şəhərin qonaqları maraqlı estafetin şahidi olublar. Daha sonra Olimpiya məşəli şəhərin ən yüksək nöqtəsinə qaldırılıb, yaxta ilə Soçinin dəniz akvatoriyasını dolaşıb. Yalnız axşam “Krasnaya Polyana”dakı idman şəhərciyinə çatdırılıb.
1342 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:27