Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2013

Sabah Bakıda yağış yağacaq

Oktyabrın 1-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, oktyabrın 2-si və 3-ü axşamadək normadan aşağı atmosfer təyziqi fonunda arabir güclənən giləvar küləyi əsasən əlverişsizdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, oktyabrın ilk günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, əsasən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-17, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah ayrı-ayrı rayonlarda yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17, gündüz 24-29, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
1349 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda