Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2014

Dindarlar da Cəlilabaddakı aksiyaya dəstək verəcəklər

Rayonda 3 mart aksiyası xəbəri «ildırım sürəti» ilə yayılır, Sosial Müdafiə Mərkəzinin direktoru isə «Səlim Müslümov məni və qohumlarımı yaxşı tanıyır» deyir

Xəbər verdiyimiz kimi, Cəlilabadda martın 3-də aksiya keçirilməsi nəzərdə tutulub. Bu etirazların kütləvi şəkil almasının səbəbi kimi, yerli Sosial Müdafiə Mərkəzinin yarıtmaz fəaliyyəti göstərilir.

Qeyd edək ki, Mehdi Abbasovun rəhbərlik etdiyi və bu vəzifəyə yeni təyinat almasına rəğmən, yaranmış narazılığın əbəs olmadığı da məlumdur. Aksiyanı təyin edənlər bildirirlər ki, Abbasov vəzifə başına keçər, keçməz ünvanlı sosial yardım almaq istəyənlərdən haqq tələb edib.

Bununla bağlı apardığımız araşdırma zamanı isə ortaya yeni məqamlar çıxıb. Məlum olub ki, Cəlilabad Sosial Müdafiə Mərkəzinin qarşısında müdirlə vətəndaşlar arasında maklerlik edən şəxslər dayanırlar. Onlar vətəndaşdan sənədləri alaraq, müdirə çatdırır və orada da qiymət müəyyən edərək razılaşma əldə edirlər. Həmin razılaşma isə belədir ki, ünvanlı sosial yardım almaq istəyən şəxs həmin pulun 6 aylıq qismini Mehdi Abbasova çatdırmalıdır.

Jam.az-ın əməkdaşları rayonda mövcud vəziyyətlə üzləşmiş şəxslərin bir neçəsi ilə söhbət əsnasında müəyyənləşdirib ki, SMM-in direktoru Mehdi Abbasovun vətəndaşdan pul istəməsinin maraqlı əsaslandırması varmış. Belə ki, dəllaların diliylə vətəndaşlara «Camaatdan alınan 6 aylıq pulun 4 aylığı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çatır. Yerdə qalan iki aylıq hissə isə müdirə və onun işçilərinə çatır» deyirlər. Bu iddianın nə qədər doğur olub, olmadığını deyə bilməsək də, eyni vəziyyətin əksər rayonlarda müşahidə edildiyi faktdır.

Ancaq bir məsələ də var ki, Mehdi Abbasov vəzifə başına gəldikdən sonra onunla bağlı səslənən bütün ittiham və fikirlərə reaksiya vermir. Və bəzi jurnalistlərə açıqlamasında isə deyib ki, Səlim Müslümov onu və qohumlarını yaxşı tanıyır. O səbəbdən də heç bir çəkinəcəyi yoxdur.

Cəlilabad SMM-in direktorunun qohumlarını da qismən araşdırılıb. İlkin araşdırmalar zamanı məlum olub ki, deputat Mirkazım Kazımovun yaxın qohumudur. Üstəlik, deputat onun bu vəzifəyə gətirilməsində xüsusi rola malikdir. Amma onun qohumlarını təkcə deputatdan ibarət olmadığına dair də bilgilər var.

Cəlilabaddakı son vəziyyətə gəldikdə isə sosial şəbəkələrdə yayılın məlumatlara görə, artıq aksiya ilə bağlı təbliğat bütün rayonu başına götürüb. Hətta məscidlərdə və məclislərdə də bununla bağlı söhbətlər edilir. İlkin məlumatlara görə, rayonun dindarları aksiyada iştirak etmək barədə qərar qəbul ediblər. Müəllimlər də prosesə qoşulmaq fikrindədirlər, amma tərəddüdləri var.
1600 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber