Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2014

Sumqayıt fəlakət içərisində

Ölkənin üçüncü şəhəri elektriksiz və qazsız qalıb; yaşayış binalarının qarşısında qar təpəcikləri əmələ gəlib, yollar buzdan təmizlənmir; şəhərin deputatı isə işlərin qaydasında olduğunu bildirir...

Havaların kəskin soyuması son vaxtlar həm paytaxt Bakıda, həm də digər şəhər, qəsəbə və kəndlərdə ciddi problemlər yaradıb. 4-5 dərəcə şaxta, 20-30 sm qar az qala ölkədə həyatı iflic edib.

Ən çox qar düşən şəhərlərdən biri də Sumqayıtdır. Qarın yağması Azərbaycanın 3-cü böyük şəhərində ciddi fəsadlar törədib. Belə ki, son 1 həftədə Sumqayıtda su, işıq , qaz tamamilə kəsilib. Dövlət qurumları 26 sm qar yağdığını desə də, sakinlərin dediyinə görə, 50 sm-dən çox qar yağıb. Nəticədə 450 min əhalisi olan şəhər qazsız və işıqsız qalıb. Sakinlərin dediyinə görə, bu hadisədən ən çox əziyyət çəkən uşaqlar, yaşlılar və xəstələr olub. Bu barədə lazımı dövlət qurumlarına məlumat verilsə də, heç bir tədbir görülməyib.

Müsavat Partiyasının Divan üzvü, Sumqayıtdan keçmiş millət vəkili İkram İsrafil Sumqayıtı unudulmuş şəhər adlandırdı: “Mən qar yağandan sonra, Bakının bütün rayonlarında olmuşam. O nəticəyə gəlmişəm ki, Sumqayıt şəhəri yaddan çıxmış, unudulmuş bir yaşayış məskənidir. Yanvarın 31-dən yağan qar Sumqayıt şəhərini iflic vəziyyətinə saldı. Bu barədə mən fikirlərimi bildirmişdim. Təsəvvür edə bilməzdim ki, qar şəhəri bu vəziyyətə sala bilər. Bu, birbaşa hökumət idarələrinin məsuliyyətsizliyi ilə bağlıdır. Bir neçə gün ərzində, bu barədə heç bir tədbir görülmədi. Artıq son 2 gündə hökumət “tədbir” görməyə başlayıb. Orta məktəblərin müəllim və şagirdlərini küçələri təmizləmək üçün işə cəlb ediblər. Bu isə birbaşa təhsilimizə olan hörmətsizliyin göstəricisidir. Ölkənin 3-cü böyük şəhərinə bu qədər diqqətsizliyin göstərilməsini, insan heç cür anlaya bilmir”.

Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbas şəhərdə yaranan problemlərdən danışdı: “Qar kasıblara yaraşmır. Bakı ilə müqayisədə, Sumqayıta 3-4 dəfə artıq qar yağdı. Asfaltın üzəri 25-30 sm qalınlığında buz bağlamışdı. Bu barədə Sumqayıtla maraqlanan bir dövlət qurumu tapılmadı. Son 3 gündür, Heydər Əliyev parkını və 1-2 küçəni təmizləməyə başlayıblar. Şəhərin 95 faiz hissəsi hələ qardan təmizlənməyib. 3 gün ərzində Sumqayıtdan Bakıya avtobuslar işləmədi. Tələbə, şagirdlər 2 gün təhsil müəssisələrinə gedə bilmədilər. Qaz, su və işıqda əvvəllər ciddi problemlər yaşandı. Hazırda yolların, yaşayış binalarının qarşısında 20 sm qalınlığında buz əmələ gəlib”.

Sumqayıtın deputatı Muxtar Babayev isə sumqayitxeber.com-a deyib ki, qarın yaratdığı problemi aradan qaldırmaq üçün aidiyyəti dövlət qurumları ilə yanaşı şəhər sakinləri, şəhərdə fəaliyyət göstərən müəssisələr də könüllü olaraq belə vəziyyətlərdə səylərini birləşdirməlidir: “Bütün dünyada bu praktika var. İnsanlar könüllü şəkildə öz məhəllələrini, müəssisələrinin qarşısını təmizləyir. Bu şəhər hamımızındır və hər birimiz bu cür təbii hadisələr baş verəndə problemləri vaxtında aradan qaldırmaq üçün səfərbər olmağa çalışmalıyıq.”

M.Babayev qarlı hava şəraiti ilə əlaqədar şəhərdə elektrik verilişində yaranmış problemlərə də toxunub: “Son illər ölkəmizdə enerji təchizatının yaxşılaşdırılması ilə bağlı mühüm işlər görülür. Ancaq son günlər, xüsusilə də qarlı hava şəraitinin ilk günlərində şəhərdə elektrik enerjisinin verilişində müəyyən fasilələr yarandı. Bununla bağlı seçicilərdən də bizə şikayətlər daxil olub. Görünür, Sumqayıt şəhərində enerji təchizatının yaxşılaşdırılması istiqamətində zəruri işlər görülməlidir ki, gələcəkdə bu cür hallara rast gəlinməsin”.
1579 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 10:41
"Maaşdan əlav