Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2014

Şəkidə aksiya keçirilir

Yanan bazarda çalışan sahibkarlar İcra Hakimiyyətinin qarşısına toplaşıblar

Bir neçə gün bundan əvvəl Şəkidə bazarın yandığına dair məlumat vermişdik. Yanğın nəticəsində 1200 kv.metr sahədə yerləşən bütün dükanlar malqarışıq yanıb. Eyni zamanda, hadisənin yeni Ticarət Mərkəzinin açılış mərasimi ərəfəsində baş verməsi şübhələrə yer açmışdı. Rayon sakinlərinin gümanına görə, işin içində icra başçısı Elxan Usubovun əli ola bilər.

Bu gün Şəkidə dükanları yanmış şəxslər etiraz aksiyası keçiriblər. Bildirilir ki, əvvəlcə yanmış bazarın qarşısında, daha sonra isə İcra Hakimiyyətinin önündə aksiya keçirən sahibkarlar yanan mallarına və dükanlarına görə konpensasiya tələb edirlər. Onlar aksiyaların davam edəcəyini və haqları bərpa olunana qədər mübarizədən çəkilməyəcəklərini bəyan ediblər. Aksiyanın hazırda davam etdiyi deyilir./jamaz/
1683 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı