Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2014

Çörəyin qiyməti qalxacaq

Nemət Əliyev: «Ölkəyə idaxal edilən taxılın, yanacağın, qazın qiymətinin artması, çörəyin qiymətinin qalxmasını labüd edir»

Qazaxıstan Azərbaycana ixrac etdiyi taxılın qiymətini qaldırıb. Bu barədə apa-nın qərb bürosuna Gəncədə un istehsalı ilə məşğul olan sahibkar Arif Həsənov məlumat verib. Onun sözlərinə görə, ötən ilin sonlarında Qazaxıstandan alınan taxılın bir tonu 250 dollar idisə də, son bir ayda bu qiymət 30 dollar artaraq 280-ə çatıb.

Sahibkar bildirib ki, respublika daxilində də dəmiryolu ilə taxılın daşınma qiymətlərinin hər tona görə 10 dollar qalxması unun qiymətinə təsir edəcək. “Hələ ki, 2-3 ay əvvəl ucuz qiymətə aldığımız taxıldan un hazırlayıb satırıq. Buna görə qiymətdə dəyişiklik yoxdur. Baha qiymətə gətirdiyimiz taxıldan un üyüdəndə isə sözsüz ki, qiymətdə artım olacaq”. A. Həsənovun bildirdiyinə görə, Qazaxıstandan alınan taxılın qiymətinin bahalaşmasına səbəb həmin ölkədə dəmiryolu xərclərinin artmasıdır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üzrə Idarənin rəisi Zülfüqar Məmmədov isə APA-ya açıqlamasında bildirib ki, dəmiryolu ilə taxılın daşınma qiymətləri, məzənnənin dəyişməsi və s. amillərlə əlaqədar olaraq dəyişir: “Biz də daşınmanın qiymətində fərqin olduğunu görürük. Bu ildən daşınmalarda həqiqətən cüzi fərq var - hər tonda 8 dollar. Lakin bunu çox ciddi artım hesab etmirəm. Un istehsalçıları əvvəllər hər tonda 40-60 dollar qazanırdısa, indi 30 dollar qazanarlar. Bu, bazardır”. Z. Məmmədovun sözlərinə görə, Dövlət Taxıl Fondunun taxıl idxal etdiyi ölkələrlə bağladığı müqavilələrdə taxılın bir tonu 250 dollar təşkil edir, məhsul bu qiymətə də gətirilir. “Bizə heç bir ölkədə qiymət artımı ilə bağlı heç nə bildirilməyib. Ümumilikdə, 500 min ton taxıl alınmalıdır. Bu miqdar qurtarana qədər biz taxılın tonunu 250 dollara alacağıq. Indiyə qədər 350 min ton taxıl gətirilib”, - deyə Z. Məmmədov əlavə edib.

Yaranmış mənzərə onu göstərir ki, yaxın günlərdə çörəyin qiymətində artım qaçılmaz olacaq. Adətən, belə hallarda çörəyin çəkisi aşağı düşür, bu da nəticə etibarilə yenə də qiymət artımı deməkdir.

Dəmiryolunda daşınma qiymətlərinin qalxması məsələsinə aydınlıq gətirmək üçün qurumun mətbuat xidməti ilə əlaqə yaratsaq da, bu haqda dəqiq məlumatın olmadığını bildirdilər.

Iqtisadçı ekspert Nemət Əliyev də çörəyin qiymətinin artmasının labüd olduğunu bildirdi: “Mal və xidmətlərin qiymətinin artması, məhsulun qiymətinin artmasını şərtləndirən əsas amildir. Əgər ölkəyə idxal olunan taxılın daşınma, tədarük, alış qiymətlərində artım varsa, bu nəticə etibarilə unun qiymətində, daha sonra isə çörəyin qiymətində özün göstərəcək. Azərbaycanda çörəyin qiymətinin qalxmasını labüd edən şərt yalnız idxaldakı artım deyil. Yanacağın qiymətinin qaldırılması ilə bağlı verilən və heç bir iqtisadi əsası olmayan qərar, çörəyin qiymətinə də təsir edəcək amildir. Benzinin, dizelin qiymətinin artması başqa sahələrdən daha çox, kənd təsərrüfatı sahəsinə təsir edir. Digər tərəfdən qazın topdan satış qiymətini qaldırdılar. Çörək sexləri isə əsasən qazdan istifadə edir və kifayət qədər qaz xərcləri ödənilir. Bu fakt da çörəyin qiymətinin qalxmasına təsir göstərəcək. Digər tərəfdən taxıl istehsalçıları üçün əlverişli olmayan şərait yaranır. Hökumət elə bir siyasət yeritməlidir ki, aqrar sektoru dirçəltmək mümkün olsun. Məsələnin həllinə kompleks yanaşmaq lazımdır. Bugünə qədər aparılan siyasət aqrar sektorun boğulmasına xidmət edib”.
1733 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 00:01