Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2014

Azərbaycanın «ruhlar şəhəri» (Foto)

Ərazisinin 70 faizini itirən Ağdamın işğalı ilə Azərbaycan iqtisadiyyatı 3 milyard manat vəsait itirib

Ağdam şəhəri Qarabağ düzündə ən iri şəhərlərdən biri. Bakıdan 358 km aralıda yerləşir. 1993-cü il iyul ayının 23-dən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

Ağdam şəhəri «Turistlər arasında maraq doğuran 20 ruhlar şəhəri» siyahısına salınıb. Ərazisinin 70 faizini itirən Ağdamın işğalı ilə Azərbaycan iqtisadiyyatı 3 milyard manat vəsait itirib.

Ağdamın işğaldan əvvəl 88 min 395 hektar ərazisi, 1 şəhəri, 119 kənd və qəsəbəsi olub. 1993-cü ilədək rayonun 1736 hektar dövlət meşəsi, 710 hektar kolxoz meşəsi, 560 hektar yol, su və kanal kənarı, şəhərətrafı meşə sahələri var idi.

Ağdamda bütün dünyada yeganə olan Çörək muzeyi var idi. Bu muzeydə qədim dövrlər və orta əsrlərə aid unikal eksponatlar toplanmışdı. Eksponatlar arasında daşlaşmış qədim taxıl nümunələri, nadir dənli bitki növləri, taxılçılığın inkişafına aid çoxsaylı qiymətli kitablar, əlyazmalar və başqa materiallar, qədim əkinçilik alətləri: xış, adi və dişli oraq, taxıl döyən vərdənə, əl dəyirmanı və başqa alətləri var idi.

1715 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber