Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2014

Pərviz Həşimlidən yeni müraciət

Silah qaçaqçılığı ittihamı ilə həbs edilən jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin işi ilə bağlı ibtidai istintaq başa çatıb. Bu barədə əməkdaşımıza Həşimlinin vəkili Yalçın İmanov məlumat verib. O, müdafiə tərəfin hazırda istintaq materialları ilə tanış olduğunu bildirib.
Vəkil P.Həşimli ilə fevralın 6-da saxlandığı MTN-in istintaq təcridxanasında görüşüb. Vəkilin sözlərinə görə, Həşimlinin səhhətində ciddi problemlər qalır. Psixoloji durumu həddən artıq pisdir, kəskin ürək ağrıları var. P.Həşimli vəkili vasitəsilə Baş Prokurorluğa və Ombudsmana müraciət edərək, Kürdəxanıdakı istintaq təcridxanasına köçürülməsini istəyib.
Vəkil Y.İmanov da bildirir ki, P.Həşimlinin MTN-in istintaq təcridxanasından Kürdəxanıya köçürülməsinə artıq heç bəhanə də qalmayıb. Əvvəllər Həşimlinin bu barədə müraciətlərini istintaqın getdiyini səbə göstərərək rədd edirdilər, artıq istintaq da başa çatıb. Odur ki, P.Həşimlinin Kürdəxanıdakı təcridxanaya köçürülməsinə imkan verməyən heç bir səbəb yoxdur.
1648 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı